2019-cu il aprelin 15-dək Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanının əhatə etdiyi vətəndaşların siyahısı və onların alacağı təzminatın məbləği müəyyənləşdiriləcək.
"Kommersant.az"-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Facebook” sosial şəbəkəsində canlı yayım zamanı deyib.
O bildirib ki, borclular haqqında bütün məlumatlar Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrində yer alır: "Vətəndaşlar zəruri məlumatları, eləcə də alacaqları təzminat barədə məlumatları Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında xüsusi bölmədə öz FIN kodlarını daxil etməklə ala biləcəklər. Fikrimcə, bu məsələ yaxın zamanlarda həll olunacaq”.