USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mərkəzi Bankdan çox şey gözləyirlər, halbuki....”

06.03.2019 Bank
0 0
“Azərbaycan elə bir vergi yükünə və vergi bazasına malik olmalıdır ki, özəl investorları stimullaşdırsın, biznesi rentabelli etsin”.

Bunu Bakıda keçirilən "İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum"da Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Baş bankir ölkədə nağdsız ödənişlərlə bağlı vəziyyətdən də danışıb: “Azərbaycanda hələ də nağd ödənişlərin xüsusi çəkisi çoxdur. Bu, böyük problemdir və azaltmalıyıq. Hazırda Azərbaycanda nağdsız ödənişlər üçün infrastruktur var, amma institutsional problemlər mövcud potensialdan istifadə etməyə imkan vermir. Ona görə çalışmalıyıq ki, nağdsız ödənişlərin səviyyəsi artsın”, - deyə o, qeyd edib.

AMB sədri həmçinin deyib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı yanlış düşünənlər var: “Bəzən monetar siyasəti mifləşdirirlər, çox şey gözləyirlər. Hər şeyi edə bilərik, çoxlu pul çap etsən hər şey həll olunacaq, AMB iqtisadiyyata uzunmüddətli vəsaitlər verməlidir və s. Halbuki, bütün dünyada mərkəzi banklar bir vacib məsələyə fokuslanırlar. O da qiymətlər sabit qalması - inflyasiyanın tənzimlənməsidir. Təbii ki, bu, kiçik görsənə bilər. Amma inflyasiya bütün Azərbaycan ailəsinin gəlirlərinin sabit olması, qorunmasıdır. İnvestorlar üçün bu, planlaşdırma, gələcəyə baxışdır. Psixoloji baxımdan gələcəyə pozitiv baxışdır. Artıq iqtisadi temaktikadan çıxıb psixoloji tematikaya keçib. Bu istiqamətdə biz monetar islahatları genişləndirmək fikrindəyik. Başlıca məqsədimiz makroiqtisadi siyasətdə sabitlik platformasının daha da dərinləşdirilməsi və onun stimullaşdırıcı rolunun gücləndirilməsidir”.

“Report”

amb