USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərə dollar kreditlərinə görə kompensasiya verilməyəcək - RƏSMİ

06.03.2019 Bank
0 2
"Bəzən bir fiziki şəxsin bir neçə krediti olur. Kreditin hər birinin məbləği hər biri 10 min dollardan azdır, ancaq onların toplam kreditlərinin cəmi 10 min dollardan çoxdur”.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin (İİTKM) icracı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanını şəhr edərkən bildirib.

Onun sözlərinə görə, fərman bu cür şəxslərə tətbiq olunmayacaq, onlara kompensasiya ödənilməyəcək: "Əgər həmin banklardakı kreditlərin cəmi 10 min dolları keçirsə, onlara kompensasiya ödənməyəcək. Çünki fərmanda da göstərilib ki, bir şəxsə ödəniləcək vəsait 5 min dollardan artıq olmayacaq”.