USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Banklara $10 minə qədər borcu olan vətəndaşlarla işləri dayandırmışıq”

13.03.2019 Bank
0 0
Azərbaycanda vaxtı keçmiş borcların yığılması ilə məşğul olan “BOA Kollektor Agentliyi” MMC Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərmanı nəzərə alaraq banklara 10 min ABŞ dollarına qədər borcu olan vətəndaşlarla işləri dayandırıb.

Bu barədə açıqlamasında şirkətin direktoru Samir Mustafayev məlumat verib.

“Hazırda 10 min dollardan çox borcu olan vətəndaşlarla, eləcə hüquqi şəxslərlə çalışırıq. Bildiyiniz kimi, prezident fərmanının icrasına başlanılıb və fərmanın əhatə dairəsinə düşən şəxslərin siyahısı hazırlanır. Siyahı açıqlandıqdan sonra portfelimizə baxacağıq və fərmanın şamil olunduğu müştərilərin işlərini banklara geri qaytaracağıq”.