Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 milyard 927 milyon ABŞ dolları təşkil edib.
"Kommersant.az" xəbər verir ki, bu göstərici ötən ilin yanvarın 1-i ilə müqayisədə 5% azdır.
Maliyyə Nazirliyinin məlumatına görə, 2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.
Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.