Kredit müqavilələrinə dair yeni qayda müəyyənləşir.
ONA-nın məlumatına görə, bu, "Banklar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşəcək.
Qanun layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında mzakirəyə çıxarılacaq.