USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar sürətlə ucuzlaşmağa başladı

21.03.2019 Bank
0 0
ABŞ Federal Ehtiyatlat Sisteminin (FES) qərarından sonra dollar əsas dünya valyutalarına qarşı ucuzlaşmağa başlayıb.

"Kommersant.az" xəbər verir ki, FES ötən gün keçirilən iclasda uçot dərəcəsini dəyişməyərək 2,25-2,5% səviyyəsində saxlayıb. Bundan sonra avronun dollara nisbətən məzənnəsi 1,11420 dollara qədər qalxıb.

Çərşənbə günü dollar Avropa valyutasına nisbətən 0,5 faiz ucuzlaşıb.

Dollar Yaponiya valyutasına qarşı 110,51 yenaya qədər ucuzlaşıb. Funt sterlinqin məzənnəsi isə 1,3198 dollardan 1,3212 dollara qədər bahalaşıb.

Mütəxəssislər hesab edirlər ki, FES-in ABŞ-la bağlı makroiqtisadi proqnozları fonunda dollar ucuzlaşmaqda davam edəcək.