USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandakı audit şirkəti MMC-dən QSC-yə çevrilir

08.04.2019 Bank
0 0
Nexia International beynəlxalq audit şirkətinin Azərbaycandakı rəsmi təmsilçisi olan “Nexia EA” MMC təşkilatı-hüquqi formasını dəyişir.

"Kommersant.az" bu barədə, audit və konsaltinq şirkətinin elanına istinadən xəbər verir.

Məlumata əsasən bu günə qədər məhdud məsuliyyətli (MMC) təşkilatı-hüquqi formasını qapalı səhmdar cəmiyyətinə (QSC) çevrilib.

Xatırladaq ki, "Nexia EA"nın daxil olduğu qrup "Nexia International", "International Accounting Bulleten"in 2018-ci il üzrə sorğusuna əsasən dünyanın 10 ən böyük beynəlxalq audit, mühasibatlıq və konsaltinq şirkətlərindən biridir. Baş ofisi Böyük Britaniyanın London şəhərində olmaqla dünyanın 105-dən artıq ölkəsində fəaliyyət göstərir