Bildiyiniz kimi sığorta sektorundan mütəmadi olaraq sizlərə faydalı məlumatlar veririk. Bu dəfə isə Sığorta haqqında Azərbaycan Respublikasının Qanununundakı Ümumi Müddəalarda yer alan agentin sığorta haqları barədə məlumat verəcəyik.
"Kommersant.az" Fins.az-a istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı müddəada bildirilir ki, agentlər bir həftə ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən geci növbəti həftənin son iş gününə qədər sığortaçıya verməlidirlər.
Bununla yanaşı hər gecikdirilmiş gün üçün sığortaçıya komissiyon mükafatının 2 faizi miqdarında dəbbə pulu ödənilir. Bu maddənin 1-ci bəndinin tələbini pozmuş agentə sığortaçı tərəfindən rəsmi xəbərdarlıq edildiyi qeyd olunan müddəada o da vurğulanır ki, xəbərdarlıq edildiyi gündən bir il ərzində belə pozuntuya yol verilərsə, sığortaçının onunla bağladığı müqaviləni birtərəfli qaydada ləğv etmək hüquqi vardır.
Bu bənddə nəzərdə tutulmuş əsaslarla müqaviləsi ləğv edilmiş agentlər agentlik fəaliyyəti ilə məşğul ola bilməzlər. Həmçinin agentlər sığorta ödənişlərini verə bilməzlər və sığortaçıya verilmiş sığorta haqları məbləğindən əlavə dəyər vergisi tutulmur.