USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiya fondunun işçisi atasına ayda 2300 dollar təqaüd təyin edibmiş

08.04.2019 Bank
0 0
Rusiyada keçən il yaşlı insanlar ayda orta hesabla 13323 rubl (204 dollar) təqaüd alıb. Pensiya fondunun Voronej şəhərindəki rayon bölmələrindən birinin qadın müdiri atasına bundan 11,5 dəfə çox qazanmaq imkanı yaradıb.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı vilayət prokurorluğunda cinayət işi açılıb. Müdir vəzifəsindən istifadə edərək, atasının adına ayda 150 min rubl (2294 dollar) təqaüd yazırmış. Fırıldaq üzə çıxanda qadın günahı boynuna alıb və bütün zərəri ödəməyə hazır olduğunu bildirib. Müdir indiyə qədər dövlətə 3,5 milyon rubl (53541 dollar) ziyan vurubmuş.

İş hazırda araşdırılır. Zərər tam ödənsə də, bu, qadının məsuliyyətini azaltmır.

Keçən ilin noyabrında Rusiyada buna oxşar başqa dələduzluqdan xəbər tutmuşdular. Anasını ölkədən kənarda dəfn edən qadın 15 il onun təqaüdünü alırmış. "İnterpol"un Rusiya nümayəndəliyinə xaricdən ananın hələ 2001-ci ildə öldüyü barədə xəbər daxil olandan sonra qanunsuzluğu aşkar etmişdilər.

Bizimyol.info