Bank VTB (Azərbaycan)-ın nümayəndə heyəti Rusiyanın sənaye və ticarət naziri DenisManturovun Bakıya səfəri çərçivəsində keçirilən Rusiya sənaye müəssisələrinin işgüzar missiyasının iclasında iştirak edib. Bankın nümayəndələri kənd təsərrüfatı və sənaye sahəsində fəaliyyət göstərən iri şirkətləri ilə görüşüb.
Bundan başqa, tədbir çərçivəsində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycandakı Rusiya İxrac Mərkəzinin təşkil etdiyi dəyirmi masada iştirak edib. İştirakçılar sənaye sahəsində işgüzar əməkdaşlığın perspektivlərini və bu sahədə məhsulların rəqəmsallaşdırılması məsələlərini müzakirə edib.
«Belə tədbirlər Rusiya və Azərbaycan sahibkarları arasında münasibətlərin qurulmasına təsir edir. Öz növbəsində bank VTB (Azərbaycan) əməkdaşlıq üçün sərfəli şərtlər təklif edir, və bununla da ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına və möhkəmlənməsinə öz tövhəsini verir», -deyə Yevgeni Kirin bildirib.