2019-cu ilin Fevral ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 624 min ədəd təşkil edib.
"Kommersant.az" xəbər verir ki, yanvar ayının sonu ilə müqayisədə Fevralda cəmi ödəniş kartlarının sayı 74 min ədəd artıb. Artım Yanvarda 39 min ədəd təşkil etmişdi.
Yanvar ayı ilə müqayisədə Fevralda sosial kartların sayı 15 min ədəd artaraq 2 milyon 535 min ədədə, əməkhaqqı kartlarının sayı 32 min ədəd artaraq 2 milyon 535 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 121 min ədəd artaraq 1 milyon 225 min ədəd çatıb, kredit kartlarının sayı isə 94 min ədəd azalaraq 779 min ədədə düşüb.
2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-fevral ayları ərzində cəmi ödəniş kartlarının sayı 113 min ədəd, o cümlədən sosial kartların sayı 13 min ədəd, əmək haqqı kartlarının sayı 45 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 136 min ədəd artıb. Kredit kartlarının sayı isə 81 min ədəd azalıb.