2009-cu ildən fəaliyyət göstərən “MCB Lizinq” QSC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib.
"Kommersant.az" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Belə ki, nazirlik bu il aprelin 4-də "MCB BOKT" QSC-ni dövlət qeydiyyatına alıb. Maliyyə qurumu "MCB Lizinq"in bazasında yaradıldığı üçün onun hüquqi ünvanı (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 1 054, ev 49B), nizamnamə kapitalı (4 283 675 manat) və qanuni təmsilçisi (Rəmal Cəfər oğlu Cəfərov) lizinq şirkəti ilə eynidir.