USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda nağdsız ödənişlərin payı ildə 7% artacaq

09.04.2019 Bank
0 0
Bu ilin sonunadək Azərbaycanda nağd ödənişlərin payı 74%-dən 40%-ə endiriləcəyi gözlənilir.

"Kommersant.az"ın Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının dərc etdiyi "Market Analysis Azerbaijan 2019" adlı xüsusi nəşrinə istinadən verdiyi məlumata görə, yaxın iki il ərzində nağdsız ödənişlərin payı ildə ən azı 7% artması gözlənilir.

"Ölkənin bankları və kredit təşkilatları gələcək illərdə İT infrastrukturuna daha çox sərmayə yatıracaqlar. Qeyd edək ki, 2013-2017-ci illər ərzində banklar İT infrastrukturlarına yatırdığı sərmayələrin həcmi 230 mln. ABŞ dolları təşkil edib. Qoyulan sərmayələrin yarısı proqram təminatına sərf olunub. Banklar, şirkətlər və dövlət orqanları gələcək illərdə ödəmə həllərinə daha da böyük investisiyalar ayıracaqlar", - deyə nəşrdə qeyd olunub.