USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran bankı Azərbaycanda zərər açıqladı - HESABAT

12.04.2019 Bank
0 0
"Bank Melli İran" 2019-cu ilin 1-ci rübünə olan hesabatını açıqlayıb.

"Kommersant.az" bankın 31.03.2019 -cu il hesabatına istinadən xəbər verir ki, "Melli İran Bankı"nın cəmi aktivləri ilin sonu ilə müqayisədə 6 mln. 289 min manat və ya 5,7% azalaraq 104 mln. 152 min manat olub.

Aktivlərdə ən çox artım 60,942 mln manat olmaqla Nağd pul vəsaitləri və digər banklardakı müxbir hesabların payına düşür. Bundan başqa sözügedən bankın cəmi öhdəliklərində cuzi artım müşahidə olunub. Belə ki, bankın cəmi öhdəlikləri ilin sonu ilə müqayisədə 2 mln. 654 min manat və ya 6,6% artaraq 42 mln. 424 min manat olub.

DEPOZİT VƏ KREDİT PORTFELİ ARTIB

"Bank Melli İran"nın depozitləri 2 mln 694 min manat və ya 31,8% artaraq 11 mln 153 min manat, müştərilərə verdiyi kredit isə 156 min manat və ya 4,3% artaraq 3 mln. 733 min manata bərabər olub.

BANK ZƏRƏR AÇIQLADI

Hesabata görə 2018 -ci ilin sonunda 2 mln. 140 min manat mənfəət əldə edən bank cari ilin 1-ci rübündə 8 mln. 603 min manat zərər açıqlayıb. Bankın xalis faiz gəliri ötən ilin sonu ilə müqayisədə 2 mln. 84 min manat azalaraq 675 min manat olub.