"Paşa Bank" 2019-cu ilin 1-ci vəiyyətinə olan hesabatını açıqlayıb.
"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 940 mln.92 min manat və ya 25.3% artaraq 4 mlrd. 647 mln. 941 min manat olub. Bundan başqa bankın öhdəlikləri də ötən ilin analoji dövrü ilə müqayisədə 894 mln. 946 min manat artaraq 4 mlrd. 193 mln. 674 min manata yüksəlib. Bankən cəmi kapitalı isə 45 mln. 146 min manat və ya 10% artaraq 454 mln. 267 min manata çatıb.
DEPOZİT VƏ KREDİT PORTFELİ ARTIB
"Paşa Bank"ın müştərilərinə verdiyi kreditlərdə kəskin artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövründə 977 mln. 875 min manatlıq kredit verən bank, bu ilin 1-ci rübündə kredit portfelini 291 mln. 814 min manat artıraraq 1 mlrd. 269 mln. 689 min manata çatdırıb. Bankın müştərilər qarşısında öhdəlikləri isə 885 mln. 401 min manat artaraq 3 mlrd. 861 mln. 413 min manat olub.
FAİZ GƏLİRLƏRİ ARTIB
Bankın xalis faiz gəlirləri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 10 mln. 674 min manat artaraq 42 mln. 466 min manata, xalis əməliyyat mənfəəti isə 14 mln. 365 min manat artaraq 36 mln. 194 min manata çatıb. "Paşa Bank"ın xalis mənfəəti 35 mln. 681 min manata bərabər olub ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 mln. 149 min manat çoxdur.
MƏCMU KAPİTALDA KƏSKİN ARTIM
"Paşa Bank"ın açıqladığı məcmu kapitala əsasən bank ötən illə müqayisədə 56 mln. 52 min manat artaraq 321 mln. 73 min manata yüksəlib. Bundan başqa bankda məcmu kapitalın adekvatlıq əmsalı 12.6%, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 15.9% qeydə alınıb.