"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bankın faiz və gəlirlərin bu qəbildən olan növləri 4 mln. 584 min manat təşkil edib. Qeyri-faiz gəlirləri 937 min manat olan "NBC Bank"ın qeyri-faiz xərcləri 2 mln. 329 min təşkil edib ki, bu da 3 mln. 192 min manat xalis mənfəətin əldə olunmasını bildirir. Bundan başqa bank vergilər ödənildikdən sonra 592 min manat zərərdə olduğunu elan edib. Qeyd edək ki, bank 2018-ci ilin hesabatında 1 mln. 149 min manat xalis mənfəət açıqlamışdı.
AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ ARTIB, CƏMİ KAPİTALI İSƏ AZALIB
"NBC Bank"ın cəmi aktivləri 2018-ci ilin sonu ilə müqayisədə 4 mln. 998 min manat artaraq 288 mln. 374 min manata çatdırıb. Bunun isə 212 mln. 489 min manatı kredit portfelinin payına düşüb. Bankın cəmi öhdəlikləri isə 2018-ci ilin sonu ilə müqayisədə 5 mln 595 min manat və ya 2.4% artaraq 230 mln. 869 min manata çatıb. "NBC Bank"ın cəmi kapitalı isə 598 min manat azalaraq 57 mln. 505 min manata bərabər olub.
"NBC Bank"ın kredit portfeli 8 mln. 20 min manat artaraq 212 mln. 489 min manat olub. Depozit portfeli isə 2018-ci illə müqayisədə 3mln. 79 min manat artıb. Belə ki, 2019-cu ilin 1-ci rübündə bank 225 mln. 798 min manat depozit portfelinə sahib olub.
MƏCMU KAPİTALI AZALIB
Açıqlanan hesabata görə bankın məcmu kapitalı2018-ci illə müqayisədə əriyib. Yəni, 2018-ci ilin sonunda 57 mln. 88 min manat məcmu kapitala sahib olan bank cari ilin 1-ci rübündə 590 min manatlıq əskiklə məcmu kapitalının 56 mln. 498 min manat olduğunu bildirib.
Qeyd edək ki, banklar haqqında qanunu görə bankın məcmu kapitalı 50 mln. manatdan aşağı olmamalıdır.