USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"ASB Bank"ın cəmi aktivləri, cəmi öhdəlik və məcmu kapitalı azalıb - HESABAT

18.04.2019 Bank
0 0
"ASB Bank" 2019-cu ilin 1-ci rübünə olan hesabatını açıqlayıb.

"Kommersnat.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "ASB Bank"ın cəmi aktivləri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 1 mln. 327 min manat azalaraq 903 mln. 669 min manata bərabər olub. Bundan başqa bankın cəmi öhdəlikləri də ötən ilin analoji dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, bankın cəmi öhdəlikləri 5 mln. 281 min manat azalaraq 808 mln. 2 min manata azalıb. Bankın cəmi kapitalı isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 mln. 954 min manat artaraq 95 mln. 666 min manata yüksəlib.

DEPOZİT VƏ KREDİT PORTFELİ ARTIB

"ASB Bank"ın depozitləri 2018 -ci illə müqayisədə 48 mln. 670 min manat artaraq 634 mln. 957 min manata çatıb. Kredit portfeli isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 24 mln. 137 min manat artaraq 294 mln. 862 min manata bərabər olub.

ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB

Bankın xalis faiz gəlirləri 2018-ci illə müqayisədə cuzi artıb. Belə ki, bankın xalis faiz gəliri 84 min manat artaraq 3 mln. 130 min manata bərabər olub. Bundan başqa bankın qeyri-faiz gəliri 3 mln. 993 min manat, qeyri-faiz xərcləri isə 2 mln 636 min manat olub. Nəticədə bankın xalis əməliyyat mənfəəti 2 mln. 64 min manat artaraq 4 mln. 487 min manat olub.

MƏCMU KAPİTALI AZALIB

"ASB Bank"ın məcmu kapitalı 2018-c ilin 1-ci rübü ilə müqayisədə 5 mln. 705 min manat azalıb. Belə ki, bank 2019-cu ilin ilk rübündə 74 mln. 20 min manatlıq məcmu kapital açıqlayıb. Bundan başqa bankın məcmu kapitalın adekvatlıq əmsalı 15.11%, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 17.01% təşkil edib.