USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir kredit ittifaqının lisenziyası ləğv edildi

18.04.2019 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası kredit ittifaqlardan birinin lisenziyası ləğv edib.

"Kommersant.az" xəbər verir ki, lisenziyası ləğv edilən kredit ittifaqı "Kömək Kredit İttifaqı" MMC-dir.

Bununlada kredit ittifaqlarının sayı 51-ə düşüb. (siyahı)

Kredit ittifaqı – mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Kredit İttifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir.