USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev QANUN İMZALADI: bu şəxslərə - Əlavə maaş ödəniləcək

18.04.2019 Bank
0 0
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Prezidenti qanun imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sənəd bu gün, 29 mart 2019-cu il tarixində imzalanıb.

Maddə 1. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

1.1. 22.12-ci maddədə "20" rəqəmləri "10" rəqəmləri ilə əvəz edilsin;

(Əvvəl – Kənar dövlət maliyyə nəzarətinin obyekti auditə dair tərtib edilmiş hesabatla tanış olmalı, bununla əlaqədar qeyd, irad və rəyini hesabatın təqdim edildiyi tarixdən 20 gün müddətində yazılı şəkildə bildirməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyi hesabata əlavə olunur. Kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi hesabatı qəbul etməkdən və qeyd, irad və rəy bildirməkdən imtina etdikdə, bu barədə audit qrupu tərəfindən hesabatda müvafiq qeydlər aparılır və hesabatın surəti onun alınmasını təsdiq edən istənilən vasitə ilə kənar dövlət maliyyə nəzarətinin obyektinə göndərilir. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit hesabatı ilə bağlı qeyd, irad və rəyin bildirilməsinin son günündən 5 iş günü ərzində hesabatla bağlı qeyd, irad və rəyin Hesablama Palatasına təqdim edilməməsi kənar dövlət maliyyə nəzarətinin obyektinin rəhbəri tərəfindən həmin hesabatla razı olma kimi qiymətləndirilir.)"

1.2. 22.16-cı maddənin ikinci cümləsindən ", habelə onun yaratdığı dövlət orqanlarında (qurumlarında)" sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda (qurumlarda) həyata keçirilən auditin nəticəsi barədə Hesablama Palatası tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) illik məlumat təqdim olunur.";

(Əvəl- Hesablama Palatası tərəfindən auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilir. Audit müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında, habelə onun yaratdığı dövlət orqanlarında (qurumlarında) həyata keçirildikdə nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) da məlumat təqdim olunmalıdır.)

1.3. 28.6-cı maddənin dördüncü cümləsindən "və" sözü çıxarılsın;

(Əvvəl – Təqdimatlardan kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən təqdimatların onlara çatdığı gündən 30 gün müddətində Hesablama Palatasına şikayət verilə bilər. Hesablama Palatası verilən şikayətə 30 gün müddətində baxıb şikayətin təmin edilməsi, qismən təmin edilməsi və ya təmin edilməsindən imtina barədə qərarlardan birini qəbul edir. Qəbul edilmiş qərar kənar dövlət maliyyə nəzarətinin obyektinə göndərilir. Kənar dövlət maliyyə nəzarətinin obyekti və Hesablama Palatası kollegiyasının qəbul etdiyi qərardan razı olmadıqda məhkəməyə şikayət verə bilər.)

1.4. aşağıdakı məzmunda 34.4-cü maddə əlavə edilsin:

"34.4. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.".

Bu Qanunun 1.4-cü maddəsi 2019-cu il aprelin 1-dən qüvvəyə minir.