USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbəti hərracın tarixi - MƏLUM OLDU

19.04.2019 Bank
0 0
Aprelin 22-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

​"Kommersant.az" xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,01-8,99 faiz təşkil edir.

UZUN FASİLƏDƏN SONRA TƏLƏB TƏKLİFDƏN AŞAĞI OLMUŞDU

15.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 336,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,70% təşkil etmişdi. Mərkəzi Bank depozit hərracı ilə 350 milyon manat cəlb edəcəyini açıqlamış, faiz aralığını 7,01% - 8,99% müəyyən etmişdi. Lakin hərracda tələb təklifdən aşağı olduğundan faiz dərəcəsi 7,01%-dən 7,70%-ə yüksəlmişdi. Əvvəlki hərraclarda tələb təklifi üstələdiyindən orta ölçülmüş faiz dərəcəsi faiz aralığının aşağı həddi (7,01%) səviyyəsində baş tuturdu.

HƏRRACLARDA TƏLƏB AZALIRDI

Xəbər verdiyimiz kimi, 08.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 547,7 milyon manat,hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.

01.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 659,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.

27.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 849 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.