Azərbaycanda fəaliyyət göstərən "Pakistan Milli Bankı" 2019-cu ilin 1-ci rübünə olan hesabatını açıqlayıb.
"Kommersant.az"bankın hesabatına əsasən xəbər verir ki, Pakistan bankının cəmi aktivləri 2018 -ci ilin sonu ilə müqayisədə 953 min manat azalaraq 10 mln. 589 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri 837 min manat azalaaraq 566 min manata bərabər olub. Pakistan bankının cəmi aktivləri də 116 min manat azalıb. 2019-cu ilin 1-ci rübündə bankın cəmi kapitalı 10 mln. 23 min manata bərabər olub.
DEPOZİT VƏ KREDİT PORTFELİ AZALIB
Bankın öhdəliklərinin kəskin azalmasının əsas səbəbi depozitlərin azalmasıdır. Belə ki, bankda olan depozitlər 3 ay ərzində 824 min manat azalaarq 558 min manata düşüb. Bundan başqa bankın müştərilərə verdiyi kreditlərdə də azalma müşahidə olunub. Müştərilərə verilən kreditlərdə 3 ay ərzində 111 min manat azalma olub ki, bu da kredit portfelinin 1 mln. 192 min manata döşməsinə səbəb olub.
BANK ZƏRƏR AÇIQLADI
Pakistan bankının xalis faiz gəlirləri 100 min manat, qeyri-faiz gəlirləri - 5 min manat olub. Qeyri-faiz xərclərinin isə 213 min manat olduğuna görə bankın əməliyyat zərəri 118 min manat olub. Bundan başqa Pakistan bankının xalis zərəri 116 min manat təşkil edib.
Xatırladaq ki, bank 2018-ci ilin sonunda 2 min manat mənfəət açıqlamışdı.
MƏCMU KAPİTALI AZALIB
Pakistan bankının tutumlardan sonrakı məcmu kapitalı 2018-ci ilin sonu ilə müqayisədə 112 min manat azalaraq 9 mln. 975 min manata düşüb.