"Rabitə Bank" 2019-cu ilin 1-ci rübünə olan hesabatını açıqlayıb.
"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, cari ilin 1-ci rübündə bankın cəmi aktivləri 717 mln. 955 min manat təşkil edib. Bundan başqa bankın cəmi öhdəlikləri 624 mln. 733 min manat, cəmi kapitalı isə 93 mln. 233 min manat olub.
"Rabitə Bank"da müştərilərin müddətli depozitləri kəskin azalıb. Belə ki, bankın hesabatına görə müştərilərin depozitləri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 32 mln. 476 min manat azalaraq 185 mln. 336 min manata düşüb. Bu isə bankın müştərilərinə qarşı inamını itirməsinin nəticəsidir.
Kredit bazarının aqressiv bankı
"Rabitə Bank"ın kredit bazarına aqressiv girməsi gələcəkdə bankı daha da çətin vəziyyətdə qoya bilər. Əvvəllər kredit bazarında aqressiv iştirakçıların hazırda Azərbaycan Mərkəzi Bankından (AMB) və ya lisenziyasının ləğv olmasının şahidi olmuşuq. Necə deyərlər, kredit aqressiyanı sevmir. Hazırda verilən kreditlər gələcəkdə bankın ağır vəziyyətdə olacağını proqnozlaşdırmağa kifayət edir.
Bankın məcmu kapitalı 106 mln. 482 min manat təşkil edib.