Azərbaycanda aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı müəyyənləşib.
"Report" xəbər verir ki, bu, yeni hazırlanan "Aqrar sığorta haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin 5-ci maddəsinə (Aqrar sığorta üzrə təminat verilən risklər) əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:
1. Təbiət hadisələri, o cümlədən təbii fəlakətlər,
2. Yanğın,
3. Qəzalar,
4. Yoluxucu xəstəliklər və zəhərlənmələr,
5. Vəhşi heyvanları hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu,
6. Üçüncü şəxslərin hərəkətləri.
Qeyd edək ki, yeni qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.