USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı şənbə günü kompensasiya üzrə ödənişləri həyata keçirəcək

27.04.2019 Bank
0 2
Bank VTB (Azərbaycan) xarici valyutada olan kreditlər üzrə kompensasiya ödənişinə şənbə günü 27 aprel 2019-cu il tarixində davam edəcək. Müştərilər 500 AZN-dək olan kompensasiyanı Cavadxanküç. 30A ünvanında yerləşən “Əcəmi” filialında əldə edə bilər. Şənbə günləri filialın iş rejimi: saat 10.00-dan 15.50-ə qədərdir.

Kompensasiya ödənişi 500 AZN-dən yuxarı, eləcə də kreditinin Restrukturizasiyaolunmasını gözləyən müştərilərə isə SMS və ya Zəng vasitəsi ilə banka nə zaman gələcəkləri barədə məlumat veriləcək.

AR prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası çərçivəsində bank gücləndirilmiş rejimdə müştərilərə kompensasiya üzrə ödənişləri həyata keçirir. Müştərilərin rahatlığı üçün şənbə günü “Əcəmi” filialında əməkdaşların sayı artırılacaq, bu da bankın müştərilərinə operativ şəkildə xidmət göstərməyə imkan verəcək” – deyə bank VTB (Azərbaycan)-ın satış, şəbəkənin inkişafı və müştərilərə xidmət idarəsinin rəisi Pərviz Rəsulov bildirib.