USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tanınmış sığorta şirkətinin sabiq müdirinin cəzası azaldılıb

28.04.2019 Bank
0 0
Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Nəsimi Əliyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Kommersant.az"ın xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, məhkumun məhkəmə kollegiyasına ərizəsi daxil olub.

N.Əliyev müraciətində kassasiya şikayətini geri götürdüyünü bildirib.

Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb, həmin şikayətin geri qaytarılmasını mümkün bilib.

İttiham aktına əsasən, N.Əliyev 13 avqust 2012-ci il tarixdən 22 yanvar 2016-cı il tarixədək "Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şəki nümayəndəliyinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib.

Belə ki, o, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətlərinin icbari sığorta şəhadətnamələrinin satışından əldə edilmiş vəsaitlərin komissiya haqları çıxıldıqdan sonra ümumilikdə 222 473 manat məbləği mənimsəyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə "Azərbaycan Sənaye Sığorta" ASC-nin cavabdeh N.Əliyevdən 222 473 manat məbləğində pulun tutulmasına dair mülki iddiasını təmin edib.

Şəki Apelyasiya Məhkəməsinin isə onun 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını 8 il 6 aya, birinci instansiya məhkəməsinin təmin etdiyi 222 473 manat məbləğində mülki iddianı 155 545 manata endirib.

report