USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amerika bankları Türkiyə bankları üçün ciddi təhlükə yarada bilər

29.04.2019 Bank
0 0
Türk lirəsi sürətlə ucuzlaşır və tarixi minimuma çatmaq üzrədir. Türkiyə üçün bu, çox ciddi maliyyə problemlərin yaranmasına səbəb ola bilər.

"Kommersant.az" “Vesti Finans”a istinadən xəbər verir ki, bu səhər lirə daha 0.4% itirərək, 5.9552 qiymətinə çatmışdır.

Xatırladaq ki, bir ay bundan əvvəl türk lirəsi birdən-birə zəifləyərək, böhranlı vəziyyətin yaranmasına səbəb olmuşdur. Həmin dövrdə bazar iştirakçıları ehtiyatların əhəmiyyətli dərəcədə aşağı düşməsini müşahidə etdilər.

“JP Morgan” analitikləri kursun 5.90 dollara qədər azalmasını proqnozlaşdırıblar. Onlar öz müştərilərinə lirəni satmağı məsləhət görüblər. Əlbəttə ki, bu, Türkiyə hakimiyyətinin və xüsusilə, prezident Ərdoğanın qəzəbinə səbəb olmuşdur. Hökumət banka münasibətdə istintaqa başlayacağını bildirmişdir.

Türkiyənin maliyyə tənzimləyicisi qeyd edir ki, “JP Morgan” analitiklərin bu mövqeyi bazar iştirakçıları arasında çaşqınlığın yaranmasına səbəb olaraq, qeyri-sabitliyə və türk banklarının nüfuzunun aşağı düşməsinə gətirib çıxarıb.

Lakin daha sonra “JP Morgan” bankını daha bir maliyyə nəhəngi – “Goldman Sachs” əvəz edib. Onun ekspertləri lirənin bir az da zəifləyərək, tarixi minimuma çatmasını proqnozlaşdırırlar. Analitiklərin fikrincə, Mərkəzi Bank “lirənin sabitləşdirilməsinə yönəldilmiş tədbirlər” görməlidir.

“Goldman Sachs” lirənin üz aydan sonra 6,25, altı aydan sonra 6,5, 12 aydan sonra isə 7 lirəyə qədər düşməsini proqnoz edir. Bu, 15% azalma deməkdir.

Aydındır ki, Türkiyə üçün milli valyuta zəifliyi son dərəcə mənfi nəticələrə səbəb olacaqdır. Belə ki, ölkə xalis idxalçıdır. Bundan başqa, bu il ölkə xarici borcun əhəmiyyətli payını ödəməli olacaqdır.