“Garanti Bankası”nın 49,85%-lik səhminə sahib olan İspaniyanın BBVA şirkəti bankın adını dəyişdirmək qərarı alıb.
Kommersant.az xəbər verir ki, bank fəaliyyətini “Garanti BBVA” markası adı altında davam edəcəyini elan edib.
“Garanti”dən isə məsələ ilə bağlı edilən açıqlamada deyilib ki, “Garantinin də daxil olduğu BBVA Group dijital starategiyası çərçivəsində tək bir qlobal markaya BBVA-ya çevrilir. Marka dinamik və dijital dünyaya uyğun olaraq yenilənən loqosu ilə fəaliyyət göstərir.
BBVA Grupu Meksikada BBVA Bancomer, Argentinada BBVA Frances, ABŞ-da BBVA Compass və Peruda BBVA Continental markası adı altında fəaliyyət göstərirdi. Yeni dəyişikliyə görə, artıq marka bütün bazarlarda tək ad ilə adlandırılacaq. Belə ki, onun yanındakı ikinci ad qaldırılacaq və təkcə BBVA olacaq.
Bildirilib ki, dəyişikliklər bir il içində baş tutacaq. BBVA Grupun marka gücünün Garanti markası və loqosunun da yanına əlavə ediləcəyi qeyd olunub.