USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

IMF: AMB-nin ehtiyatları 2021-ci ilədək $6,3 mlrd.-a çatacaq

29.04.2019 Bank
0 0
Beynəlxalq Valyuta Fondu (IMF) 2019-2020-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.

BVF-nin Qafqaz və Orta Asiya ölkələri üzrə yenilənmiş regional icmalında dərc olunmuş proqnozlarına görə, 2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 mlrd. təşkil edəcək.

Fond 2020-ci ildə AMB-nin ehtiyatlarının $6,3 mlrd.-dək artacağını proqnozlaşdırır.

Hesabata əsasən, 2019-cu ilin yekunları üzrə Mərkəzi Bankın ehtiyatları idxal xərclərini 4,4 ay, 2020-ci ildə isə 4,7 ay ödəmək üçün kifayət edəcək.

29 mart 2019-cu il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları təxminən $5,78 mlrd. təşkil edir.

Banker.az