Bəzi ekspertlər və bir çox mühasiblər qeyd edirlər ki, problem Vergilər Nazirliyindədir. Onlar borca görə sərəncamı götürüb, sonra yenidən bunu qoyullar. Bunu təstiq edən faktlar da var. Vergilər Nazirliyinin rəsmilərinə faktı göstərə də bilərik.
Vergilər Nazirliyinin mətbuat xidmətindən mənə bildirdilər ki, bu problem geniş vüsət alıb. Yaxın müddətdə banklarla bu məsələ tam araşdırılacaq və narazılıq tam aradan qaldırılacaq.
Cavid Əliyev adlı mütəxəssis qeyd edir ki, banklarımızda işləyən proqramçılar, təhlükəsizlik səbəbindən özləri proqram təminatı ilə məşğul olmur. Yəni hazır soft alıb onu support edirlər. Bu isə master və visanın tövsiyəsidir. Bank sahibləri də, bu fikiri dəstəkləyilib müdafiə edirlər. Bu da məcburiyyətə gətirib çıxaran addımdır. Alınan softlarda məbləğin bir hissəsinin doldurulması seçimi yoxdur. Məbləğin bir hissəsini dondurulması üçün proqramçı əlavə proqram yazmalıdır. Bu yükün altına isə heç bir proqramçı girmir. Buna əsasən də, vergi orqanı məbləğin bir hissəsinə sərəncam qoyduqda, bank müştərinin hesabında olan məbləği bütövlükdə dondurur. Çünki softda belə bir qeyd yoxdur. Ölkədə İT sahəsində savadsızlıq var. Əgər belə olmasa idi, bu problemlər də baş verməzdi.