Azərbaycanda fəaliyyət göstərən banklar arasında 4 bank 2019-cu ilin 1-ci rübündə zərər açıqlayıb.
"Kommersant.az" xəbər verir ki, bu günədək maliyyə hesabatını açıqlayan 18 bankdan 4-ü zərər açıqlayıb.
Ən çox mənfəət əldə etmiş bank "Kapital Bank" olub ki, onun da mənfəəti 47 mln. 626 min manat təşkil edib. İkinsi sırada 35 mln. 681 min manatlıq mənfəətlə "Pasha Bank", 3-cü sırada isə 7 mln. 198 min manatlıq mənfəətlə "Xalq Bank" qərarlaşıb.
Ən çox zərər edən bank isə "Melli İran Bankı" olub. Belə ki, bank 2019-cu ilin 1-ci rübünü 8 mln. 603 min manatlıq zərərlə bitirib. Daha sonra isə 2 mln. 688 min manatlıq zərərlə "Bank BTB" ikinci sırada qərarlaşıb.