USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

PAŞA Bank-ın sədri “Ən Yaxşı CEO” adına layiq görüldü

30.04.2019 Bank
0 0
PAŞA Bank-ın İdarə Heyətinin sədri Taleh Kazımov nüfuzlu “EMEA Finance” beynəlxalq iqtisadi nəşri tərəfindən MDB, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə “Ən Yaxşı CEO” adına layiq görülüb.

Avropanın bir sıra tanınmış banklarının idarə heyəti üzvlərinə verilən bu mükafat ilk dəfə Azərbaycan bankının sədrinə təqdim olundu. Avropa Bankçılığı Mükafatlarının qaliblərinin seçilməsi prosesində müxtəlif nominasiyalarda Raiffeisen Bank, UniCredit, Societe Generale, Barclays və s. kimi dünyanın qabaqcıl banklarına mükafatlar verilib, mükafatlar davamlı inkişafı göstərən və öz biznesinin inkişafında texnoloji yenilikləri daim tətbiq edən maliyyə qurumlarına və rəhbərlərinə təqdim edilir.

Trend