USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Samir Şərifov ADB-nin Rəhbərlər Şurasının İllik Toplantısında iştirak edir

01.05.2019 Bank
0 0
Bu gün Ficinin paytaxtı Suvada Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 52-ci İllik Toplantısı işə başlayıb.

"Kommersant.az" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı nazir, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Mayın 5-nə qədər davam edəcək İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək iqtisadi, maliyyə, sosial proqramları müzakirə edəcəklər. Tədbir çərçivəsində maliyyə naziri S.Şərifovun bir sıra ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

1966-cı ildə yaradılan ADB-in baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan ADB-yə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Ölkəmiz Bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.