USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə Monitorinqi Xidməti ötən il əldə etdiyi bütün gəlirləri xərcləyib

02.05.2019 Bank
0 0
Ötən il yaradılmış Maliyyə Monitorinqi Xidmətinin (MMX) cəmi aktivləri bu il yanvarın 1-nə 3,192 milyon manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bunun 3,021 milyon manatı uzunmüddətli, 171 min manatı isə cari aktivlərdir.

Hesabat tarixinə xidmət 158 min manatlıq cəmi öhdəliklərə, 3,034 milyon manatlıq cəmi kapitala, o cümlədən 10 min manatlıq nizamnamə kapitalına malik olub.

MMX 2018-ci ildə 151 746 manat gəlir əldə edib. Bununla belə, ötən il qurumun xərcləri də elə bu qədər olub.

Belə ki, xidmət insan resursları üzrə xərclərə 114 331 manat, inzibati və digər xərclərə isə 37 415 manat yönəldib. Yəni əldə edilmiş bütün gəlirlər xərclənib.

Ötən il yaradılmış Maliyyə Monitorinqi Xidmətinin (MMX) cəmi aktivləri bu il yanvarın 1-nə 3,192 milyon manat təşkil edib.