Bu ilin mart ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 72,4 bənd təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, fevral ayının yekunu ilə müqayisədə 0,4 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,2 bənd az, ötən ilin mart ayının yekununa nisbətən isə 8 bənd çoxdur.
Bu il aprelin 1-nə manatın real effektiv məzənnəsi isə 99,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,3 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,1 bənd az, illik müqayisədə isə 3 bənd çoxdur.