USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank bayram münasibətilə plastik kart hədiyyə edir

07.05.2019 Bank
0 0
Dövlət bankı Azər Türk Bank Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü münasibətilə yeni kampaniyaya başlayır.

Belə ki, 6-31 may tarixləri ərzində bir illik MC Standart kartı almaq üçün Azər Türk Banka müraciət edən istənilən şəxs həmin kartı hədiyyə olaraq əldə edə biləcəkdir.

Bundan əlavə, kampaniya zamanı kredit kartı almaq istəyən müştərilərə, kreditin müddətinə uyğun olaraq, VISA Gold kartı Bank tərəfindən hədiyyə ediləcəkdir.

Qeyd edək ki, Azər Türk Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ ünvanına daxil olaraq plastik kart sifariş vermək olar.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.