Bu gün Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammiti (“Fintex Sammit”) çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Azərbayan Banklar Assosiasiyası” İctimai Birliyi, İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi arasında Analşma Memorandumu imzalanıb.
"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, memorandumu müvafiq olaraq nazir Ramin Quluzadə, sədr müavini Alim Quliyev, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İbrahim Alışov, sədr Zakir Nuriyev və icraçı direktor Vüsal Qasımlı imzalayıblar.