USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank bayram münasibətilə kredit faizlərini endirdi

27.05.2019 Bank
0 0
Müştərilərinə həmişə ən əlverişli şərtlərlə kreditlər təklif edən dövlət bankı Azər Türk Bank Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü münasibətilə yeni kampaniyaya start verir.

27 may tarixindən etibarən başlayan kampaniya çərçivəsində "İstehlak" krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 2%-dən 3%-dək endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 17%-lə hesablanacaqdır.

Kreditin müddəti

Kampaniya üzrə faiz dərəcəsi

12 ay

17%

24 ay

20%

36 ay

23%

Əlavə olaraq, kredit götürən müştərilərə, kreditin məbləğindən asılı olaraq, bir illik MC Standart Visa Gold kartları hədiyyə ediləcəkdir.

Kampaniya iyun ayının 30-dək davam edəcək.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.