USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ADIF-dən ləğv olunan 17 banklarla bağlı açıqlama: Güzəşt üçün ərizə qəbulu başladı

27.05.2019 Bank
0 0
Azərbaycan Prezidentinin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul olunur.

“Ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Dəmirbank” ASC, “Dekabank” ASC, “Yunayted Kredit Bank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Atrabank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Royalbank” ASC, “Gəncəbank” ASC, “Azərbaycan Kredit Bankı” ASC, “Evrobank” ASC, “Birlikbank” ASC, “Debütbank” ASC və “Borçalı” KB-nin müştəriləri ləğv prosesində olan “Dəmirbank” ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər”, deyə ADIF-in açıqlamasında deyilir.