“Zaminbank”ın müştərilərin hesabından pul çıxarmaqda ittiham edilən əməkdaşı Elnur Kərimovun məhkəməsi bitib.
Məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun qərarı ilə E.Kərimov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxs “Zaminbank”da kredit mütəxəssisi vəzifəsində işləyib. O, etibardan sui-istifadə edərək, banka qarşı 480 min manatlıq dələduzluq edib. E.Kərimov müştərilərin hesabından pul çıxararaq, digər hesablara köçürüb. E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.