Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası tender elan ediblər.
"Kommersant.az" xəbər verir ki, tender ümumilikdə 7 lotüzrə keçirləcək.
AMB-nin tenderi:
Lot 1: Azərbaycan Respublikası Mərkəzi Bankının binalarında istismar müddəti başa çatmış qaz tipli avtomatik yanğınsöndürmə və yanğından ünvanlı xəbərvermə siqnalizasiya sistemlərinin yenilənməsi işlərinin satın alınması;
Lot 2: Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında təmir-bərpa işlərinin satın alınması.
Lot 3: nəqliyyatın izlənilməsi üçün GPS naviqasiya sisteminin satın alınması və tətbiqi.
Lot 4: Mərkəzi Bankın 2 nömrəli Xəzinə saxlancının yerləşdiyi binanın, Biləsuvar və Yevlax ərazi idarələrinin daxili perimetr üzrə həyəcan siqnalizasiya sisteminin yenilənməsi.
Lot 5: Mərkəzi Bankın ərazi idarələrində buraxılış nəzarət sisteminin və video-müşahidə sistemlərinin yenilənməsi.
Lot 6: fövqəladə hallar zamanı mülki müdafiə tələblərinə cavab verən universal müdafiə və fərdi mühafizə vasitələrinin alınması.
Palata:
Lot 1. Palatanın şəbəkə infrastrukturunun və server otağının yenilənməsi