USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank VTB (Azərbaycan)-ın mənfəəti 1,5 mln manata çatıb

29.05.2019 Bank
0 0
VTB (Azərbaycan) 2019-cu ilin 1-ci rübünü 1,5 mln manat mənfəətlə yekunlaşdırıb. 31 mart 2019-cu il tarixinə bankın faiz gəlirləri 2 mln manat, xərcləri – 1,7mln manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bankın ani likvidlik əmsalı 30%-lik normativi xeyli üstələyərək 158,08% olub.Açıq valyuta mövqeyinin göstəricisi sərbəst dönərli valyutada - 1,53%, qapalı valyutada +0,7% təşkil edir, bir borcalan üzrə kredit riskinin miqdarı 23,75 %-dir(maksimal normativ 25% olduğu halda).

Hesabat dövrü ərzində bankın məcmu kapitalı 5,4% artıb və 55 mln manata çatıb, kapitalın adekvatlıq əmsalı– 36,63% və 38,32% təşkil edib ki, bu da normativ tələblərdən (5% və 10% müvafiq olaraq)xeyli yüksəkdir. Bank VTB (Azərbaycan)-ın aktivləri təxminən 11% artıb və 151,5 mln manat olub.

Kart hesablarnın sayı 10%-dən çox artaraq 11,81 min manat olub. 2019-cu ilin 1-ci rübündə bank Mastercard beynəlxalq ödəniş sisteminin kartlarının emissiyasına başlayıb. 3 ay ərzində VTB (Azərbaycan) 1,6 min kart emissiya edilib. Kart biznesinin inkişafı çərçivəsində kart istifadəçilərinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirməkistiqamətində tədbirlər görülüb, o cümlədən Cashİn funksiyalı (resayklinq) bankomatları istismara verilib.

“Cari ilin ilk rübü bank üçün kifayət qədər uğurlu oldu: bank mənfəətə çıxdı, və biz əsas göstəricilər üzrə də yaxşı nəticələr əldə edə bildik. Biz həm korporativ, həm də pərakəndə biznes sahəsində stabil artımı davam etdirmək niyyətindəyik. Bankın əsas fəaliyyət istiqamətləri sırasında kiçik və orta sahibkarlığa dəstək, kart biznesinin inkişafı qalmaqdadır” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

E-mail: [email protected] www.vtb.az

ASC VTB (Azərbaycan)

Mətbuat xidmət