USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Son 3 ayda Bakıda maaşlar artıb, ən çox əməkhaqqı isə...

29.05.2019 Bank
0 0
2019-cu yanvar-mart aylarının statistik məlumatlarına əsasən əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 4,9 faiz artaraq 817,3 manat olub.
"Kommersant.az" xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub. Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub. Trend