Ukrayna dövlət borclarını ödəmək məqsədilə qızıl ehtiyatlarını satır.
"Kommersant.az" xəbər verir ki, bunu Ukrayna Milli Bankının sədri Yakov Smoliy deyib.
Bank rəsmisinin sözlərinə görə, 2019-cu ilin may ayı üçün ölkənin qızıl ehtiyatları 1,2 milyard dollar dəyərində azalıb.
Qızıl ehtiyatlarında isə bu göstərici 20,5 milyard dollardan 19,3 milyard dollara qədər düşüb.
Y.Smoliy qeyd edib ki, 2019-cu ilin sonuna qədər Ukrayna 5 milyard dollar dəyərində xarici və daxili borclarını ödəməlidir.
Trend