USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

13 bankın balans kapitalı azalıb

03.06.2019 Bank
0 0
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün balans kapitalı illik müqayisədə azalıb.

Bunlar "NBC Bank", "Muğan Bank", "Azər-Türk Bank", Pakistan Milli Bankının Bakı filialı, "Bank BTB", "Atabank", "Bank VTB Azərbaycan", "Unibank", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Express Bank", "Nikoyl Bank" və "Amrah Bank"dır.

Qalan 17 bank isə balans kapitalını artıra bilib. Ən yüksək dinamika "Kapital Bank"da (67,4%), ən aşağı dinamika isə "Turan Bank"da (0,4%) baş verib.

7 bankın balans kapitalı 100 milyon manatdan çoxdur

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin balans kapitalı 100 milyon manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 298,747 milyon manat), "PAŞA Bank" (454,267 milyon manat), "Kapital Bank" (421,481 milyon manat), "Xalq Bank" (282,825 milyon manat), "Atabank" (143,33 milyon manat), "Premium Bank (137,309 milyon manat) və "Express Bank"dır (120,912 milyon manat).

Qalan 23 bankdan 20-də balans kapitalı 50-100 milyon manat arasında, 3 bankda isə balans kapitalı 10-50 milyon manat arasındadır.

renkinq