"Azərkosmos” ASC-nin nizamnamə kapitalı 105 milyon 695 min 280 manat və yaxud 2,66 dəfə artırılaraq 63 milyon 610 min 600 manatdan 169 milyon 305 min 880 manata çatdırılacaq.
"Kommersant.az" xəbər verir ki, bu barədə hökumətdəki mənbəyə istinadən xəbər verilir.
Məlumata görə, bu məqsədlə dövlət şirkətinin dövriyyədə olan 20 manatlıq nominal dəyərə malik səhmlərinin sayı 5 284 764 ədəd artırılaraq 3 180 530-dan 8 465 294-ə çatdırılacaq.
Xatırladaq ki, "Azərkosmos" zərərlə işləyir. Səhmdar cəmiyyəti ötən ili 6 milyon 462 min manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 59,85% az olsa da, qurumun yığılmış zərəri 1,6% artaraq 313 milyon 191 min manata çatıb.