USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Morgan Stanley” və “Goldman Sachs” qlobal tənəzzül təhlükəsi barədə xəbərdarlıq etdi

04.06.2019 Bank
0 0
ABŞ və Çin arasında gedən ticarət müharibəsi bir ildən az olan bir müddətdə qlobal iqtisadiyyatı halına gələ bilər. Bu haqda “Morgan Stanley” bankının analitikləri xəbər verir.

"Kommersant.az" xəbər verir ki, "Morgan Stanley" nin baş iqtisadçısı və beynəlxalq iqtisadiyyat şöbəsinin rəhbəri Chetan Ahya bu məsələ ilə bağlı öz fikrini bildirib: "İnvestorlar ticarət müharibəsinin uzun müddət sürüklənə biləcəyini düşünsələr də, onun qlobal makroiqtisadi perspektivlərə potensial təsirini gözdən qaçırırlar".

Kredit Müraciəti

Xatırladaq ki, prezident Donald Tramp ötən ayda Çindən idxal olunan mallara tarifləri 10%-dan 25%-a qədər artırıb, bu da iki ölkə arasında ticarət müharibəsinin başlamasına səbəb olub.

Ahya qeyd edir ki, ticarət müharibəsinin nəticələri "qeyri müəyyəndir" və yaxın gələcəkdə ölkə iqtisadiyyatı tənəzzül halına gələ bilər.

Ticarət müharibəsi ilə bağlı olan risklər haqda "Goldman Sachs Group Inc" da xəbərdarlıq edib.

Bank hesab edir ki, ABŞ Çindən idxal olunan və dəyəri 300 milyard dollar olan mallara 10%-lik tarif tətbiq edə bilər. Bu baxımdan, bank ikinci yarım ildə ABŞ iqtisadiyyatının artım proqnozunu 2% səviyyəsinə endirib.

"Real təhlükələrə baxmayaraq, biz əsas ssenarini dəyişmirik", – deyə bankın eksperti olan Jan Hatzius bildirib.

Banker.az