USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İnflyasiyada aşağı istiqamətli sürpriz olsa Fed cavab verəcəkdir"

05.06.2019 Bank
0 0
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell (Jerome Powell ), mərkəzi bankın ticarət gərginliyinin iqtisadiyyata təsirini izlədiyini bildirib. Pauell, Fed-in aşağı inflyasiyadan narahat olduğunun siqnalını verib.
Fed sədri Çərşənbə axşamı günkü çıxışında mərkəzi bankın yaxın zamanda yenidən alovlanan ticarət gərginliyinin iqtisadiyyata necə təsir etdiyini izlədiyini söyləyib. "Kommersant.az" xəbər verir ki, Fed sədri ticarət gərginliyi ilə əlaqədar olaraq, "Bu məsələnin nə vaxt həll ediləcəyini bilmirik. Hadisələrin ABŞ-ın iqtisadiyyatı baxımından nəticələrini yaxından izləyirik. Hər zaman olduğu kimi güclü bir məşğulluq bazarı və hədəfimiz olan 2 faizə yaxın inflyasiya ilə iqtisadi artımı davam etdirmək üçün uyğun şəkildə hərəkət edəcəyik" deyib. Pauell, mövcud iqtisadi inkişaflara bağlı detallı bir qiymətləndirmə etmədi. İnflyasiya ilə əlaqədar Pauell, inflyasiyanın gələcək aylarda aşağı istiqamətli sürpriz etməyi davam etdirməsi vəziyyətində mərkəzi bankın bu vəziyyətə cavab verəcəyini söyləyib. Baza inflyasiya Fed-in 2%-lik hədəfindən bir qədər aşağıdır. Pauell, "Aşağı istiqamətli bir sürpriz qalıcı olsa, iqtisadi artım yavaşlasa, Fed-i, inkişafı dəstəkləmək üçün faizləri yenidən sıfıra endirmək vəziyyətində qala biləcəyi bir ssenariyə yaxınlaşdırar", - əlavə edib. Marja.az