USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Unibankın dəstəyi ilə forum keçirilib

06.06.2019 Bank
0 0
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Unibankın dəstəyi və PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığıilə “Ümumtəhsil müəssisələrində psixoloji böhran və ona yanaşma metodları" adlı I Milli Forum keçirilib.

"Kommersant.az" xəbər verir ki, 200-ə yaxın təhsil işçisinin iştirak etdiyi forumda, orta məktəblərdə psixoloji böhran halları zamanı çıxış yolları və məktəblilərə psixoloji dəstək istiqamətində məruzələr olunub.

Məktəblərdə psixoloji böhran halı, böhran zamanı şagirdlərin reaksiyaları, uşaq və yeniyetmələrdə böhranın qiymətləndirilməsi, psixoloji böhran zamanı məktəbin idarə olunması ilə bağlı mütəxəssis çıxışları maraqla qarşılanıb. Foruma qatılanlar məktəblərdə hansı halların şagirdlər üçün psixoloji böhran olduğu, belə hallarda şagirdlərdə hansı davranışların və duyğuların müşahidə oluna biləcəyi, ümumi olaraq bu hallar yaşanıldıqdan sonra məktəb kollektivinin gələcəkdə hansı işləri görməli olduqları haqda suallara cavab tapıblar. Təhsil işçiləri bu mövzularda öz fikirlərini bölüşüblər, məktəbdə şagirdlərin qarşılaşdıqları real psioxoloji böhran halları nümunəsində mütəxəssislərin çıxış yolları ilə bağlı tövsiyyələrini dinləyiblər.

Sonda tədbirdə iştirak edən müəllim və psixoloqlara sertifikatlar təqdim olunub.