USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan iqtisadiyyatı 2,2% böyüdü - RƏSMİ

19.06.2019 Bank
0 0
2019-cu ilin yanvar-may aylarında ölkədə 30 milyard 608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Öncəki il bu rəqəm 29 milyard 294 milyon manat təşkil edirdi.
"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. ÜDM istehsalının 46,0 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 3 099 manata bərabər olmuşdur.